Sizin reklam Burada
İşgüzar

Yeni quyu istismara verilib

1st Image

Bu günlərdə “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib.

Siyasi.info SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.