Sizin reklam Burada
Ölkə

İlham Əliyev yeni səfir təyin etdi

1st Image

Prezident İlham Əliyev Əli Əlizadənin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.  

SIYASI.INFO xəbər verir ki, sərəncamla Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Ə.Əlizadə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu olub və bir müddət əvvəl dövlət başçısının sərəncamıyla vəzifəsindən geri çağırılıb.