Sizin reklam Burada
Ölkə

Tovuzda məktəb yanır - 100-ə yaxın şagird təxliyyə olunub

1st Image

Tovuzda məktəb binası yanır.

SIYASI.INFO Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

***

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir. Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyyə olunub.