Sizin reklam Burada
Ölkə

Kadırovun iki min nəfərlik dəbdəbəli toyu - VİDEO

1st Image

Çeçenistanda ölkənin ilk prezidenti Əhməd – Hacı Kadırovun nəvəsinin dəbdəbəli toy mərasimi baş tutub.

SIYASI.INFO xəbər verir ki, toy mərasimi iki gün 30 aprel – 1 may tarixlərində Çentara kəndində keçirilib.

Çeçenistan prezidenti Ramzan Kadırov öz qardaşı oğlunun toyundan olan görüntüləri internetə yükləyib.

Mərasimə onlarla bahalı “Bentley”, “Rolls-Royce” və digər lyuks avtomobillər gətirilib.

Toy mərasiminə 2000 minə qədər insan qatılıb.



“Doğma Çentra kəndində Çeçenistanın ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd –Hacı Kadırovun ən sevimli nəvəsi Hafiz Həmzətin toy mərasimini keçirdirik. O, mənim böyük qardaşım Zəlimxan Axmedoviçin oğludur”, - deyə Kadırov `İnstagram` sosial şəbəkəsində yazıb.

Kadırovun sözlərinə görə, toy mərasimi zamanı iki yüz atın iştirak etdiyi at yarışları da keçirilib. Eyni zamanda milli idman növləri üzrə müxtəlif yarışlar keçirilib, qaliblər isə bahalı hədiyyələr və avtomobillərlə mükafatlandırılıb.