Sizin reklam Burada
Dünya

`Qarabağda Rusiya bayrağı dalğalanmasa...` - Jirinovski

1st Image

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan- Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.      

SİYASİ.İNFO virtualaz.org-a istinadən verdiyi xəbərə görə, Jirinovski bildirib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb, o davam edir və bundan sonra da davam edəcək”.

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: “Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.