Sizin reklam Burada
Ölkə

`Samanyolu` TV bağlandı

1st Image

Türkiyədə məşhur telekanallarından sayılan "Samanyolu" TV fəaliyyətini dayandırır.    

 

SİYASİ.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Samanyolu” televiziya kanalı “Türksat” peyki vasitəsilə yayımlanan kanalların siyahısından çıxarılandan sonra yerüstü antenlər vasitəsilə yayımlanırdı. Lakin telekanalın rəhbərliyi bu gün yerüstü yayımı da dayandırmağa qərar verib.

“Samanyolu” telekanalı bu gecədən yayımını dayandıracağını Türkiyə Radio və Televiziya Ali Şurasına (RTÜK) da bildirib.

“Samanyolu” telekanalı Türkiyədə terror təşkilatı elan edilmiş Fətullah Gülən camaatına yaxınlığı ilə seçilirdi.