Sizin reklam Burada
Dünya

İstanbulda partlayış: ölən və yaralılar var

1st Image

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.      

SİYASİ.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Florya adlanan ərazidə yerləşən avtomobil satış məntəqəsində qeydə alınıb.

İlkin məlumata görə, “Cihan Pars” avtomobil salonunda bir qrup insan arasında dava düşüb. Dava zamanı tərəflərdən biri salona əl qumbarası atıb, sonra isə silahdan atəş açıb. Nəticədə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

Faktla bağlı İstanbul polisi əməliyyat tədbirlərinə başlayıb.