Sizin reklam Burada
Dünya

Ermənistan müharibəni seçir

1st Image

ABŞ-ın “Bloomberg” agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan ilk dəfə açıq şəkildə bildirib ki, o, Qarabağ danışıqlarından imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

SİYASİ.İNFO xəbər verir ki, Ermənistan prezidentinin bu bəyanatı “Hetq.am” saytına dərc olunan “Qarabağ sıçrayışı: Ermənistan tərəfinin seçimi” adlı analitik yazıda geniş şəkildə təhlil edilib. Məqalədə Ermənistanın Rusiyanın sülh təkliflərindən imtina edərək müharibə variantını seçdiyi, Sarkisyanın danışıqlardan imtina etməsinin kökündə də məhz bu variantın durduğu vurğulanıb.

Sözügedən məqalədə qeyd olunub ki, Sarkisyanın bu müsahibəsindən sonra Ermənistan XİN-in yaydığı bəyanatlar mətnində ciddi dəyişiklər oldu. Erməni tərəfi anladı ki, nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə də təmas xəttində sabitliyə görə qarant rolunu öz üzərinə götürən Rusiya rəsmi Bakını danışıqlar masasına qaytarmaq üçün təzyiq göstərmir.

Erməni KİV-lər yazır ki, onlar üçün ən vacib olan hədəflərdən biri Ermənistan tərəfindən sülh müqabilində güzəştlər gözləyən dünya birliyi, xüsusilə Rusiyaya anlatmaqdır ki, onların təzyiqləri heç bir nəticə verməyəcək. Əksinə, Ermənistanın mövqeyini daha da sərtləşdirəcək.

Nəticə budur ki, aprelin əvvəlindən bəri Ermənistan-Azərbaycan sərhədində gecə artilleriya döyüşləri davam edir.

Məqalədə hazırki situasiyada Ermənistanın qarşısında 3 variantın olduğu vurğulanıb:

-Bu taktika hamıya nə qədər aydın olsa da, hərbi əməliyyatların intensivləşməsi, strateji məqsədlərə nail olunmadığı mövqe müharibəsi siyasi dalandır. Bu kluminasiya nöqtəsinə yaxınlaşdıqdan sonra partlayış baş verəcək. Erməni tərəfinin bu dalandan çıxması üçün üç variantı var.