Sizin reklam Burada
Ölkə

`Cəbhədəki gərginlik Formula 1-ə təsir etməyəcək`

1st Image

“Ermənistanla Azərbaycan arasındakı gərginlik Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcək”.      

SİYASİ.İNFO  xəbər verir ki, bunu Formula 1-in sahibi Berni Ekklstoun deyib.

O, cəbhə xəttindəki hadisələrin Bakıda keçirilən Formula-1 yarışlarına təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “Əminəm ki, yox. Biz buna qarışmırıq. Biz heç kimlə müharibə etmirik. Bəhreyndə də oxşar vəziyyət var idi”.

Xatırladaq ki, Bakıda Formula-1 Qran Pri-si iyunu 17-19-u tarixlərində baş tutacaq.