Sizin reklam Burada
Dünya

Ərdoğanın müşaviri Qarabağ cəbhəsində - İrəvana sərt mesajlar

1st Image

`Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemidir`

SİYASİ.İNFO Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.

Azərbaycana səfər edən Y.Topçu cəbhə xəttinə baş çəkib. Ağcabədidə yaşayan məcburi köçkünlərlə görüşən Topçu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində sonuna qədər dəstək verəcəyini bildirib.

Topçu qeyd edib ki, Ermənistan beynəlxalq hüququn tələblərini pozaraq işğalı davam etdirir, BMT-in qərarlarını qulaqardına vurur, beynəlxalq güclər isə bu ölkəyə təzyiq göstərmir:

"Ermənistan işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməlidir. Qarabağ məsələsi təkcə Bakının deyil, Ankaranın, Qahirənin, Məkkənin, Bağdadın, Aşqabatın bütün Türk və İslam dünyasının problemidir. Ermənilərin atdığı bombalar svil insanların həyatına son qoyur, BMT isə buna göz yumur".