Sizin reklam Burada
Dünya

`Eurovision`dan ermənilərə zərbə - Bayrağa qadağa qoyuldu

1st Image

“Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu il üçün olan “bayraqlar siyasəti”ni təqdim edib. 

SİYASİ.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Yayımlar Birliyi may ayının əvvəlində baş tutacaq müsabiqənin yarımfinal və final mərhələsi zamanı zala hansı bayraqların gətirilə biləcəyinə dair məlumat yayıb.

Müsabiqə təşkilatçıları qadağan olunan bayraqların siyahısını açıqlayıb. Bu siyahıda “Basklar ölkəsi”, “Kosova”, “Krım”, “Fələstin”, və qondarma “Dağlıq Qarabağ Respublika”sının bayraqları var.

Qeyd edək ki, İsveçdə keçiriləcək müsabiqə iki yarımfinal və final mərhələsindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

Müsabiqə Stokholmda “Globen Arena”da keçiriləcək.

Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.