Sizin reklam Burada
Əyləncəli

Bakıda ayı peyda oldu - Hamı bundan danışır

1st Image

Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.    

 

SİYASİ.İNFO xəbər verir ki, ayının həmin ərazidə peyda olması vətəndaşların təəccübünə səbəb olub. Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun verdiyi məlumata görə, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb.

Ayı balası aidiyyəti üzrə təhvil veriləcək.

Bu olay sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub.