Sizin reklam Burada
Yaşam

Moskvada evsizlərin 6%-i azərbaycanlılardır

1st Image

Rusiyanın paytaxtı Moskvada 10-12 min evsiz var, onlardan 6 faizi azərbaycanlılardır.    

 

Bu barədə  SİYASİ.İNFO “Moskva” agentliyinə istinadən xəbər verir.

Moskva şəhər duması yanında siyasi partiyaların ictimai konsultativ müşavirəsinin iclasının gedişatında insan haqları üzrə səlahiyyətli nümayəndə Tatyana Potyaeva bildirib ki, evsizlərinin 14 faizi Moskvanın, 9 faizi isə Moskva vilayətinin sakinləridir.

Evsizlərin 59 faizi isə paytaxta Rusiyanın digər regionlarından gəlib. Qalan 18 faiz isə xarici ölkə vətəndaşlarıdır. Onların arasında çoxluğu Ukrayna (38 faiz), Belarus (30 faiz), Özbəkistan (7 faiz), Azərbaycan (6 faiz), Tacikistan (5 faiz) vətəndaşları təşkil edir.