Sizin reklam Burada
Yaşam

7 ermənini öldürən Permyakovdan yeni xəbər var

1st Image

Ermənistanda 2015-ci ildə Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.    

 

SİYASİ.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə iclası Bakı vaxtı ilə 12.00-da Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində baş tutacaq.

Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.