Sizin reklam Burada
Dünya

İrəvandan geriyə addım: `Danışıqlardan imtina etmirik`

1st Image

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından imtina etmir.    

 

SİYASİ.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bəyan edib.

“Ermənistan yalnız danışıqların, münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”, - XİN rəhbəri parlamentdə çıxışı zamanı deyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Ermənistan prezidenti Serj Sarkisyan “Bloomberg” agentliyinə verdiyi müsahibədə Ermənistanın danışıqlardan imtina etdiyini bəyan etmişdi.