Sizin reklam Burada
Yaşam

Türkiyədə məscid partladıldı: 1 ölü, 13 yaralı (VİDEO+Yenilənib)

1st Image

Türkiyənin Bursa şəhərində partlayış baş verib.C

SİYASİ.İNFO Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məscidin qarşısında törədilən partlayış zamanı 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.


İlkin məlumata əsasən, partlayış təxminən 25 yaşlı kamikadze-qadın tərəfindən törədib.

Hazırda hadisə yerinə təcili tibb yardım briqadaları cəlb edilib. Polis ərazini mühasirəyə alıb.

***
Son məlumatlara görə partlayışı törədən terrorçu qadın kamikadze həlak olub. Yaralananların sayı isə 13-ə çatıb.

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında 13 yaralının hamısının xəstəxanalara yerləşdirildiyini və vəziyyətlərinin normal olduğunu bildirib. Nazir partlayışdan sonra xəstəxanalara müraciət edənlərin sayının ümumilikdə 20-dək olduğunu deyib.

Partlayışdan dərhal sonra Türkiyənin Baş naziri Əhməd Davudoğlu daxili işlər naziri Efkan Ala və Bursa valisi Münir Karaloğlu ilə telefon əlaqəsi yaradaraq vəziyyəti müzakirə edib.