Sizin reklam Burada
Dünya

Əliyevlə Sarkisyan görüşəcək? - Rusiyadan reaksiya

1st Image

“Rusiya Bakı və İrəvanın münqişənin həlli ilə bağlı danışıqların davam etdirilməsini mümkün hesab edir, amma hazırda ölkə rəhbərlərinin görüşündən söhbət belə getmir”.

SİYASİ.İNFO xəbər verir ki, bunu Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Onun sözlərinə görə, münaqişə zonasında gərginliyin yüksək həddə çatmasına baxmayaraq, hələlik belə bir görüşə hazırlıq barədə məlumat yoxdur:


“Amma münaqişə zonasında yaranan son gərginlik tərəflər arasında birbaşa dialoq prosesini kəskinləşdirib. Buna baxmayaraq, Rusiyanın vasitəçiliyi ilə orada qarşıdurmanı aradan qaldırmaq mümkün olub. Çox güman ki, söhbət hərbçilər arasında əlaqədən gedəcək”, - deyə A.Lukaşeviç vurğulayıb.

O, həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı vəziyyətə dair hesabatla çıxış edə bilərlər:

“Həmsədrlər aprelin 20-də hazırkı sədrin yanında olublar. Bundan əlavə onlar aprelin 6-9-da regiona səfər ediblər, sədrə vəziyyət barədə hesabat veriblər”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrienin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində iş aparılır.

"Biz hər iki ölkənin prezidentləriylə görüşdük və indi biz prezidentlərin görüşünü təşkil etməyə çalışırıq", - deyə Pyer Andrie qeyd edib.