Sizin reklam Burada
Dünya

İrəvanda Sarkisyanın istefası tələb olunur

1st Image

İrəvanın mərkəzi meydanında etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.

SİYASİ.İNFO  1in.am-a istinadən xəbər verir ki, təşəbbüs qrupu “Güzəştə getməyən ali baş komandan tələb edirik” şüarı altında Ermənistan prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyası keçirməyi planlaşdırır.

Aksiya iştirkçıları Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Ermənistan rəhbərliyinin Azərbaycanla Kazan sənədi ətrafında danışıqları davam etdirəcəyindən narahatdırlar. Həmin sənəd isə, digər bəndlərlə yanaşı, işğal edilmiş beş rayonun geri qaytarılmasını özündə ehtiva edir.

“Ayazn” partiyasının İdarə Heyətinin üzvü Armen Mkrtçyan hesab edir ki, hakimiyyət hər vəchlə güzəştə getmək fikrində olmadıqlarını göstərməyə çalışırlar, bu isə yalandır: “Bunu dünən keçirilmiş Milli Məclisin iclası da sübut etdi - ərazilərin güzəştə gedilməsi barədə suallara hakimiyyət üzvləri yayğın cavablar verirdilər”.

Rusiya səfirliyinin qarşısında aksiyanın təşkilatçısı David Sanasaryan hesab edir ki, erməni ictimaiyyəti yalnız aksiyalar deyil, həm də ciddi predmetli addımlar vasitəsilə həm Madrid prinsipləri, həm də Kazan sənədindən imtina etməlidir.

“Bu, güzəştlər nəzərdə tutan anti-erməni sənədlərdir”, - deyə Sanasaryan bildirib.