Sizin reklam Burada
Yaşam

Azərbaycanda qadın`polis` tutuldu

1st Image

Şəki polisi şəhər ərazisində polis geyimində şübhəli gəzən şəxsi saxlayıb. Saxlanılan 18 yaşlı xanım isə əməlini bilmədən etdiyini bildirib.      

Şəki ŞRPŞ-nin əməkdaşları şəhərin Məhəmmədəmin Rəsulzadə prospektində xidməti vəzifələrini yerinə yetirərkən, polis formasında olan bir xanım onların diqqətini cəlb edib. İlk olaraq şübhəli şəxs özünü Bakı şəhər polis bölmələrindən birinin əməkdaşı kimi təqdim edib.

Ondan xidməti vəsiqə istənildikdə vəsiqəni təqdim etməkdən imtina edib. Daha sonra polis nəfərləri şübhəli şəxsi polis şöbəsinə gətirib. Dindirilmə zamanı həmin şəxsin Bakı sakini 1998-ci il təvəllüdlü Əfəndiyeva Sahilə İbrahimxəlil qızı olduğu müəyyən olub.

Saxlanılan şəxs paltarı dükandan aldığını və əməlindən peşman olduğunu dilə gətirib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır.(Kanal S)