Sizin reklam Burada
Dünya

Sarkisyan generalları işdən qovdu

1st Image

Ermənistan prezidenti Serj Sarkisyan yüksək rütbəli hərbçiləri işdən qovub. 

SİYASİ.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, prezidentin fərmanına əsasən Ermənistanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Alik Mirzabekyan tutduğu vəzifədən azad edilib.

Bundan başqa kəşfiyyat baş qərargahının başçısı general-mayor Arşak Karapetyan və rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan da işdən çıxarılıb.