Sizin reklam Burada
Yaşam

Ermənilər Tərtərdə 20-dən çox evə ziyan vurub

1st Image

“Gecə saatlarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni silahlı qüvvələri Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutub”.


Bu barədə Tərtərin icra başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı qeyd edib ki, düşmənin atdığı mərmilər Tərtərin Həsənqaya kəndində 1 evi tamamilə dağıdıb: “Həmin evin ətrafında olan 5 evə də ciddi ziyan dəyib. Həmçinin Tərtərin mərkəzində 4, Qarağacıda 2, Qazyanda 6, Qaynaq kəndind isə 2 evə ziyan dəyib. Atəş zərbələri nəticəsində 3 baş mal-qara və 1 at tələf olub. Həmçinin işıq dirəklərinə ziyan dəyib. Hazırda həmin xətlər bərpa edilir”.

M.Məmmədov qeyd edib ki, sakinlər arasında xəsarət alan yoxdur və hal-hazırda vəziyyət sabitdir.