Sizin reklam Burada
Dünya

İrəvanda partlayış - 2 ölü, 8 yaralı (FOTOLAR+VİDEO)

1st Image

Ermənistanın paytaxtı İrəvanda sərnişin avtobusunda partlayış baş verib.

SİYASİ.İNFO erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə İrəvanın Alabyan küçəsində baş verib.


Partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verməsi haqda məlumat verilməyib.