Sizin reklam Burada
Maraqlı

Artıq iPone ilə hamiləlik testi edilə bilər - FOTOLAR

1st Image

Ağıllı telefonların yaxın zamanlarda edə bilməyəcəyi şey qalmayacaq.  Artıq iPone ilə 3 dəqiqə ərzində hamiləlik testi etməyin mümkün olduğunu bilirdinizmi?

Hamiləlik testi markası First Response Bluetooth-un köməyi ilə hamilə olub-olmadığınızı öyrənə biləcəyiniz bir tətbiq yayımladı.

Fiziki hamiləlik çubuğu istifadə edildikdən sonra telefonunuzdakı tətbiq sizə testin nəticələrini anlamağınızda kömək edir. Məsələn, çubuğunuzu oxuduğunda sizə xəbər verir, nəticə bəlli olana qədər 3 dəqiqə geri sayır və nəticə təyin olduqda sizə bildirir.

Eyni zamanda test edən şəxs streslə nəticəni gözləyərkən “Əyləndir məni” funksiyası  ilə sakitləşdirici musiqilər çalır. Testin qiyməti isə 15-22 dollar arasında dəyişir.