Sizin reklam Burada
Dünya

Türkiyədən Rusiyaya barışıq təklifi

1st Image

"Türkiyə Rusiya münasibətlərinin normallaşması üçün yeni imkanlar ortaya çıxa bilər".      

SİYASİ.İNFO xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın jurnalistlərə açıqlamasında deyib.

Türkiyə rəsmisi Rusiya ilə yaşanan problemlərin diplomatik yolla aradan qaldırılmasının vacib olduğunu bildirib.

"Bizim bu problemi diplomatik danışıqlar yolu ilə həll etmək çağırışımız davam edir. Təkliflərimiz hələ də keçərlidir. Zaman-zaman Rusiya tərəfindən edilən haqsız, əsassız, Türkiyəni ittiham edən şərhləri kədərlə izləyirik. Hər açıqlamaya görə, qarşılıq verməyə əsas görmürük. Dövlətin ciddiliyinə yaraşacaq şəkildə bu problemlərin həlli üçün atılacaq addımlar varsa, Türkiyə buna hazırdır. Kənd təsərrüfatı heyətinin Rusiyaya getməsindən məmnuniyyət duyuruq. Buna bənzər münasibətlərin sıxlığını görürük.

Ümid edirik ki, bu əlaqələr daha da genişlənəcək. Çünki Türkiyə-Rusiya əlaqələri yalnız bir hadisəyə qurban ediləcək qədər əhəmiyyətsiz deyil. Biz keçən il noyabrın 24-də baş verən olaydan sonra problemin diplomatik yolla həllinə can atırıq. Təklifimiz hələ də qüvvədədir" - deyə İbarahim Kalın bildirib.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyanın "Su-24" döyüş təyyarəsi Suriya-Türkiyə sərhədini pozduğu üçün Türkiyənin hava məkanında vurulub. Həmin hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub.