Sizin reklam Burada
İdman

Məşhur aparıcı Bakı yarışını tərifləyib

1st Image

Postsovet ölkələrində ən məşhur Formula-1 şəhrçisi kimi tanınan və “Formula1-in rusiyalı səsi” adlandırılan Aleksey Popov f-1.az-ın oxucularının seçilmiş suallarını cavablandırıb.

SİYASİ.İNFO xatırladır ki, rusiyalı mütəxəssis 1992-ci ildən başlayaraq müxtəlif kanallarda Formula-1 yarışlarını şərh edir. Bizim ölkəmizdə də azarkeşlər ilk yarışları məhz Popovun şərhi ilə izləməyə başlayıblar, ona görə də ölkəmizdə Popovu çox yaxşı tanıyırlar.

f-1.az-ın keçirdiyi aksiyada 50-dən çox azarkeş iştirak edib və tanınmış aparıcıya müxtəlif mövzularda suallar ünvanlanıb. Suallar rus dilinə tərcümə olunub və 10 ən yaxşı sualı Aleksey cavablandırıb. Ən sonuncu əlavə suala isə Aleksey belə cavab verib:

Sual: “Heç vaxt Bakda olmamısınız, amma kifayət qədər eşitmisiniz. Yəqin ki, trasımızın sxemini görmüsünüz, bizim trası və yarışı necə təsəvvür edirsiniz?”

Cavab: “Bəli, mən sizin trasın sxemini görmüşəm, o cümlədən Rəhim Əliyevin və yoldaşlarının hazırladığı gözəl video-bələdçiyə də baxmışam. Maraqlı video idi, məni sanki bütün trasda gəzdirdilər, mənə bütün trass haqqında və ətrafdakı küçələr, binalar haqqında lazımi məlumatları verdilər. Çox möhtəşəm və gözəl idi.

Tilkenin memar olduğuna görə və ya yeni trass olduğuna görə tənqid edənlərə gəlincə, onu deyim ki, insanlara həmişə yeni olanı tənqid etmək xasdır. Mənim dönəmimdə Barselona və Manyi Kur trasları tikilirdi. Yəni təsəvvür edin mən nə qədər vaxtdır yarışlardayam. O trasları da zamanında çox tənqid edirdilər. 90-cı illərin sonunda Sepanq trasını da çox tənqid edirdilər. Sonra Bəhreyn və Şanxayın növbəsi gəldi. Həmişə tənqid edirdirlər və xüsusən də, ingilis mətbuatı hər yeniliyi tənqid etməyi xoşlayır. Ona görə də oxumayın o yazıları, qulaq asmayın, məlümatları süzgəcdən keçirin və buna görə narahat olmayın, kimə lazımdır onun xoşuna gələcək.

Mən sizi əmin edirəm ki, keçmiş SSRİ-nin böyük ərazisindəki dövlətlərdə xüsusi həssaslıqla bu yarışı gözləyirlər və Bakı Qran Prisini görməyə çox şad olacaqlar. Mənə gəlincə isə, mən daha şanslıyam, Bakıya gəlib öz gözlərimlə görəcəm ilk yarışı və şərh edəcəm. Əminəm ki, qeyri-adi, gözəl və möhtəşəm olacaq. Bakıda görüşənədək, dostlar!”