Sizin reklam Burada
Yaşam

Bakıdakı partlayışda 3 nəfər xəsarət alıb

1st Image

Daxili İşlər Nazirliyi ötən gün Bakıda baş verən partlayış barədə məlumat yayıb.      

SİYASİ.İNFO nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb. Faktla bağlı araşdırma aparılır.