Sizin reklam Burada
Yaşam

Ermənilər kəndlərimizi atəşə tutdu - 2 evə ciddi ziyan dəyib

1st Image

Ötən gecə erməni silahlı qüvvələri tərəfindən cəbhəyani kəndlərimiz intensiv olaraq atəşə tutulub.      

Bu barədə Tərtər rayonunun Şıxarx qəsəbəsinin bələdiyyə sədri Mübariz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ötən gün gecə saatlarında erməni hərbi birləşmələri cəbhə xəttində yenidən təxribata əl atıblar. Nəticədə iki sakinin evinə ciddi ziyan dəyib:

“Gecə saat ikidən başlayaraq ermənilər kəndi atəşə tutmağa başladılar. Atışma xeyli davam etdi. Erməni tərəfi toplardan, minaatanlardan istifadə edirdilər. Ermənilərin açdıqları atəş nəticəsində kənd sakini İsmayılov Müzəffər Səfər oğlu və Əsədov Əli Mütəllim oğlunun evinə ciddi ziyan dəyib. Müzəffər İsmayılovun evi tamamilə yararsız vəziyyətə düşüb. Kənd sakin Əli Əsədovun evinin damı, divarları dağılıb” .

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.