Sizin reklam Burada
Yaşam

Türkiyədə məscid vuruldu - 1 ölü, 10 yaralı

1st Image

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki məscidə qumbaraatan mərmisi düşüb.    

 

SİYASİ.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18.10-da baş verib.

Suriya istiqamətindən, İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da Kilis şəhəri atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.