Sizin reklam Burada
Dünya

Obama Almaniyaya getdi

1st Image

ABŞ prezidenti Barak Obama Almaniyaya işgüzar səfərə gedib.    

 

SİYASİ.İNFO  RİA Novosti-yə istinadən xəbər verir ki, Ağ Ev başçısı bu gün Almaniya kansleri Angela Merkel ilə birgə sənaye yarmarkasının açılışında iştirak edəcək.

Hannover texnologiya və sənaye investisiyaları yarmarkası dünyada ən böyük yarmarka hesab olunur. Bu il tədbirin tərəfdaş ölkəsi ABŞ-dır.

Obama Almaniyaya dünya turu çərçivəsində səfər edib. O, bundan öncə Səudiyyə Ərəbistanı və Böyük Britaniyada krallıqlarında olub.