Sizin reklam Burada
Dünya

İrəvanda aksiya keçirildi - 42 nəfər saxlanılıb

1st Image

İrəvanda Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında apardığı hərbi əməliyyatlara dəstək əlaməti olaraq keçirilən yürüş polis tərəfindən dağıdılıb.

SİYASİ.İNFO "Report"a istinadən xəbər verir ki, "Əsgərlərimizə dəstək" şüarı altında keçirilən aksiyanın 42 iştirakçısı saxlanılıb.

Yürüş İrəvanın mərkəzində yerləşən Azadlıq meydanında başlayıb. Etirazçılar oradan ölkə prezidenti Serj Sarqsyanın iqamətgahına getməyi planlaşdırıblar.

Polis iqamətgaha gedən yolu və Baqramyan prospektinə çıxışı bağlayıb. Asayiş keşikçiləri 30 nəfərdən ibarət bir qrupun öz xahişlərini Sarqsyana çatdırmağı təklif edib, lakin təklif rədd edilib. Onların prezidentdən nə tələb etdikləri açıqlanmır.