Sizin reklam Burada
Dünya

`Lavrov İrəvana Qarabağla bağlı paket gətirməyib` - Nalbandyan

1st Image

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ciddi zərbə vurulub.    

 

Bunu bu gün Novosti Armeniya-ya açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, həmin zərbənin fəsadlarının aradan qaldırılması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidirlər.

`Rusiya Xarici İşlər Nazirliyinin başçısı Yerevana hansı paketlə gəlmişdi” sualına cavabında isə E.Nalbandyan bildirib ki, belə bir paket mövcud deyil: «Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov belə bir paket gətirməyib. Bunu Lavrov özü də bəyan etdi. Heç nə uydurmaq lazım deyil`.