Sizin reklam Burada
Yaşam

Vaşinqton metrosunda partlayış olub

1st Image

ABŞ-ın paytaxtı Vaşinqtonda metroda partlayış baş verib.      

RİA Novosti-nin məlumatına görə, hadisə saat 19:15-də (Bakı vaxtı ilə 03:15) olub.

Şahidlər sosial şəbəkədə partlayışın Tenlitaun stansiyasında baş verdiyini, partlayışdan sonra yanğın başladığını bildiriblər. Hadisə yerinə yanğınsöndürmə dəstələri və təcili yardım briqadası gəlib.

Metronun Tenlitaun stansiyasının yerləşdiyi “qırmızı xətdə” qatarların hərəkəti tam dayandırılıb və sərnişinlər evakuasiya olunub. Onların daşınması üçün xüsusi avtobuslar ayrılıb.

Yanğınsöndürənlər hazırda stansiyanı və tuneli havalandırırlar. Xəsarət alanların olmadığı bildirilir.