Sizin reklam Burada
Dünya

Merkel Türkiyə ilə Suriya sərhədində - FOTOLAR

1st Image

Almaniyanın kansleri Angela Merkel Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla birgə Türkiyənin Suriya ilə həmsərhəd olan Qaziantep şəhərinə baş çəkib.      

SİYASİ.İNFO Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nümayəndə heyəti baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Daha sonra nümayəndə heyəti suriyalı qaçqınların düşərgəsində olub. Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı keçirilib.



Nümayəndə heyətinin səfəri ilə əlaqədar Qaziantep şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, qaçqınlar üçün düşərgə 2013-cü ildə açılıb. Burada 4818 suriyalı qaçqın məskunlaşıb. Türkiyədə ümumilikdə 3 milyona yaxın suriyalı qaçqın sığınacaq tapıb. Ölkədə 26 qaçqın düşərgəsi yaradılıb.