Sizin reklam Burada
Maraqlı

Ərdoğana sual verən şəhid oğlu ağladı - VİDEO

1st Image

23 aprel “Milli Suverenlik və Uşaq bayramı” münasibəti ilə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqları qəbul edib.    

 

SİYASİ.İNFO xəbər verir ki, Ərdoğan uşaqlarla tək-tək görüşüb. Bayram səbəbi ilə Ərdoğanın yerinə 11 yaşlı Başak Tahan keçib. Prezident iqamətgahına gələnlər arasında şəhid uşaqları və fiziki qüsurlu uşaqlar da olub.

Görüşə gələn çorumlu Nəcib Can adlı şəhid övladı Ərdoğana terrorla mübarizə ilə bağlı sual verərkən özündən asılı olmayaraq ağlayıb.

Bunu görən Ərdoğan “Bu terroristlərlə mübarizəmiz ciddi şəkildə davam edir.

Millətimizin rahatlığı üçün terroristlərə qarşı mübarizəmiz sonuna qədər davam edəcək. Şəhidlərimiz bizə əmanətdir. Onların ailələlərini sahibsiz qoymarıq”,-deyə bildirib.