Sizin reklam Burada
İdman

Böyük Britaniyanın ən varlı idmançısı kimdir?

1st Image

Böyük Britaniyada yaşı 30 və ondan aşağı olan ən varlı idmançıların adı açıqlanıb.    

SİYASİ.İNFONUN "Sunday Times"ə istinadən yaydığı xəbərə görə, siyahının ilk pillləsində İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi Onun 82 milyon funt sterlinq vəsaiti var.

İkinci sırada tennisçi Endi və Ceymi Mürrey qardaşları (58 milyon funt sterlinq), üçüncü pillədə Rori Makilroy (56 milyon funt sterlinq) qərarlaşıb.

İngiltərənin ən çox qazanan yaşı 30-dək olan 10 idmançısı aşağıda adları qeyd olunanlardır:

1. Ueyn Runi - 82 milyon funt sterlinq
2. Endi və Ceymu Mürrey - 58 milyon
3. Rori Makilroy - 56 milyon
4. Qaret Beyl - 34 milyon
5. Serxio Aquero - 33 milyon
6. David Silva - 31 milyon
7-8. Sesk Fabreqas - 29 milyon
7-8. Radamel Falkao - 29 milyon
9. Samir Nəsri - 22 milyon
10-11. Eden Hazard - 18 milyon
10-11. Amir Xan - 18 milyon