Sizin reklam Burada
Yaşam

Kürə düşən uşaq xilas edildi

1st Image

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 15 km aralıda nəzarətsiz ərazidə) azyaşlının qayıqdan suya sürüşüb düşməsi barədə məlumat daxil olub.      

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, azyaşlı Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.