Sizin reklam Burada
Yaşam

Xəzərdə Rusiya gəmisi yanır - FHN helikopterləri havaya qalxdı

1st Image

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.      

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.