Sizin reklam Burada
Maraqlı

Kluni Ermənistanda - VİDEO

1st Image

Hollivud ulduzu Corc Kluni Ermənistana gəlib.      

SİYASİ.İNFO erməni KİV-ə istinadən xəbər verir ki, onu hava limanında Rusiya iş adamı Ruben Vardaryan qarşılayıb.

Lakin aktyorun yanında onun həyat yoldaşı Amal Kluni olmayıb.

Aktyor qondarma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə və erməni əsilli Rusiya iş adamı Ruben Vardaryanın “100 həyat” layihəsi çərçivəsində “Avrora” mükafatlandırma mərasimində iştirak edəcək.

Xatırladaq ki, aktyorun həyat yoldaşı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

Əslində ermənipərəst vəkilin Xədicə İsmayılovanın hüquqlarını müdafiə etməsi təəccüb doğurmur. Bu səfərdə A. Klunin erməni maraqlarına xidmət etdiyinin növbəti sübutudur.

Bütün hallarda həyat yoldaşı və özü Ermənistan iş adamları, diasporası tərəfindən maliyyələşən “vəkil”in Azərbaycanla bağlı işdə nə qədər obyektiv olacağı şübhə doğurur.