Sizin reklam Burada
Yaşam

Məsciddə dəhşətli partlayış: 25 ölü

1st Image

İraqın paytaxtı Bağdadda dəhşətli terror aktı törədilib.    

 

SİYASİ.İNFO  xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtda məscid partladılıb.

Şiə məscidində törədilən partlayış nəticəsində ən azı 25 nəfər ölüb, xeyli sayda yaralı var.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.