Sizin reklam Burada
Əyləncəli

Enrike İqlesias azərbaycanlılara səsləndi: “Sizi gözləyirəm”

1st Image

Dünyaca məşhur müğənni Enrike İqlesias öz rəsmi `Facebook` vastisəilə Azərbaycandakı pərəstişkarlarına müraciət edib.    

 

SİYASİ.İNFO xəbər verir ki, müğənni fanatlarına video müraciət edib.

“Salam Azərbaycan. Bu Enrike İqlesiasdır. Mən sizi `Formula 1` yarışı çərçivəsində Bakıda baş tutacaq xüsusi şouda görmək istəyirəm”, - deyə məşhur müğənni bildirib.



Qeyd edək ki, bu ilin iyun ayının 18-də dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.