Sizin reklam Burada
Əyləncəli

Baba və nənələrin yarışı - Birincilik üçün qaçdılar - VİDEO

1st Image

Babalar və nənələr qalib olmaq üçün bir-birilə yarışdı.

 70 yaşlı ağsaqqal və ağbirçəklərin qaçış marafonu Türkiyədə, Şanlıurfanın Haliliye bölgəsində keçirilib. Qocalar uzun məsafə qət etməsə də yarış olduqca maraqlı görüntülərə səhnə olub.

SİYASİ.İNFO  bildirir ki, ənənəvi olaraq bölgədə yenə Kutlu Doğum Həftəsi keçirilib. Tədbir çərçivəsində baş tutan qaçış yarışları ən çox maraq doğuran səhnələrdən biri olub. 70 yaşlı baba və nənələr bu cəsarəti ilə yarışı izləyən hər kəsin alqışını qazanıb. Onların ardından şagirdlərin qaçış yarışı keçirilib. Birinci yeri tutan 70 yaşlı bir babaya Qurani Kərim, şagirdlərə isə Çanakkalaya səyahət turu hədiyyə edilib.