Sizin reklam Burada
Əyləncəli

Kraliça 90 yaşını təm-təraqla qeyd etdi - VİDEO

1st Image

 Birləşmiş Krallığın ən uzun müddət taxtda olan kraliçası II Yelizaveta 90 yaşını qeyd edir. 

Siyasi.info xəbər verir ki, bu münasibətlə Londonla yanaşı dünyanın bir sıra şəhərlərində müxtəlif tədbir və yürüşlər təşkil olunub. 63 ildir taxtda olan Kraliça doğum gününü qeyd etmək üçün əvvəlcə “Vindzor” sarayına gəlib. Kraliça, burada  onun ad gününü təbrik etmək üçün toplaşan xalqla salamlaşıb. Daha sonra 2- ci Yelizaveta onun şərəfinə verilən müxtəlif ziyafətlərə qatılıb. 

Kraliçanın yubileyi münasibətiylə ölkədə min ədəd məşəl yandırılıb, top atışları həyata keçirilib. Bu saatlarda isə, “Vindzor” sarayında kraliça ailə üzvləri ilə birlikdə Şahzadə Çarlz - yəni oğlunun verdiyi  ziyafətdə iştirak edir.