Sizin reklam Burada
Maraqlı

Qadın robot - Çinlilərdən bir ilk - FOTOLAR

1st Image

Çindən olan elm adamları dünyada ilk dəfə olaraq qadına çox bənzəyən robot yaratmağa nail olublar.    

SİYASİ.İNFO xarici mediaya istinadən bildirir ki, Czya-Czya adı verilən bu robotu ixtiraçılar ilahə-robot da deyə çağırırlar. İntelektual cəhətdən xeyli mükəmməl olan bu maşın istənilən mədəniyyət xadimi ilə fikir mübadiləsi aparmaq imkanlarına da malikdir. Hətta ona yaxınlaşan jurnalistlərə və fotoqraflara belə müsahibə vermək bacarığı var. Bununla belə Czya-Czya ona çox yaxın gələn insanlardan xoşu gəlmədiyini bildirir.

Robot o qədər real görünür ki, onu əsl qadından ayırmaq çox çətindir. Qadın kimi danışmağı, yeriməyi, gülümsəməyi bacaran ilahə-robot göstərildiyi tədbirlərdə kişilərin ağlını başından belə alıb. Məlumatlara görə, artıq Çinin adının gizli qalmasını istəyən bir neçə imkanlı şəxsi bu robotdan sifariş verib.

Gəl ki, ixtiraçılar onlara imtina edib. Alimlər bildirir ki, Czya-Czya kütləvi istehsal üçün nəzərdə tutlmayıb. Onlar bu robotun tək ekzemplyar olmasını istəyir. Həm də insana bənzəyən bu varlığın çoxaldılması alimlərə görə reallıq anlayışını itirə bilər.