Sizin reklam Burada
Əyləncəli

Maykl Ceksonun vəkili Rza Zərrabı müdafiə edəcək

1st Image

ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın hüquqlarını məhkəmə qarşısında müdafiə edəcək vəkilin adı açıqlanıb. 

SİYASİ.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkda keçiriləcək məhkəmə prosessində R. Zərrabı məşhurların vəkili kimi ad çıxarmış nüfuzlu hüquqşünas Bencamin Brafman müdafiə edəcək.

ABŞ-da ən məşhur vəkillərdən hesab edilən B. Brafmanın indiyə qədər məhkəmə qarşısında hüquqlarını müdafiə etdiyi şəxslərin azadlığa buraxılmasına nail olduğu bildirilir. 1.55 sm boyu olan Brafmanın ləqəbi “qısa boylu böyük adam”dır.

67 yaşlı B. Brafmanın məşhurlar və cinayətkar qrupların hüquqlarını müdafiə etdiyi yayılan məlumatlar sırasındadır. Tanınmış vəkil bir vaxtlar pop ulduzu Maykl Ceksonun, dünya şöhrətli repçi P. Diddi ləqəbli Sean Kombs və Cey Z-nin də məhkəmədə hüquqlarının müdafiəçisi kimi çıxış edib. O, həmçinin Amerikanın ulduz futbolçusu Plaxico Burressin də vəkili olub.

Qeyd edək ki, Rza Zərrabın həbsi ilə bağlı iddianaməni Nyo-Yorkun nüfuzlu prokuroru Prit Bharara hazırlayıb. Hazırda R. Zərrabın Nyu-Yorkda baş tutacaq məhkəmə iclasına hazırlıqların getdiyi bildirilir.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.