Sizin reklam Burada
Maraqlı

  `Homoseksualları zorla ....` - İrəvandan REPORTAJ

1st Image

“Homoseksual əsgərləri zorla xəstəxanalara aparıb ...”    

 


Ernənistandayıq. Müxtəlif səbəblərə görə kişi sayının hədsiz dərəcədə azaldığı İrəvan hazırda “qadınlar şəhəri” kimi tanınır.

Türkiyə-Ermənistan Jurnalistlər Birliyinin dəstəyi ilə Türkiyədən 10 jurnalist Ermənistana yollanır. Ermənistanın müxtəlif hissələrində görüşlər keçirən jurnalistlərin ilk duracağı Qadın Qaynaqları Mərkəzi olur. 2003-cü ildən fəaliyyət göstərən mərkəzə Emma Mirzabekyan adlı bir qadın rəhbərlik edir. O, küçələri qadınlarla dolu olan Ermənistanda qadınların yaşadığı problemləri aşağıdakı kimi şərh etdi:

“Bütün zibilyığanlar qadınlardır”

“2001-ci ilin statistikasına görə, Ermənistanın 3 milyon 150 minlik əhalisinin 2 milyon 100 minini qadınlar təşkil edirdi. 1988-ci ildən etibarən SSRİ-nin də dağılması ilə ölkə böhran girdabına daxil oldu. Elə həmin il Gümrüdə baş verən zəlzələ 30 min insanın ölümünə səbəb oldu və nəticədə, ölkədə yaşayan kişilər xarici ölkələrə işləməyə yollandılar. Buna Qarabağ müharibəsində itirilən kişiləri də daxil etsək, deyə bilırik ki, Ermənistan hazırda “qadınlar ölkəsinə” çevrilib. Ölkədəki zibilyığanların hamısı qadınlardır. Kişilərin 60%-i ölkə xaricindədir. Xaricdə yaşayanların bir qismi öz ailələrini tərk edib. Buna görə də qadınlar dolanmaq üçün nə iş olur-olsun, çalışırlar. Kişi sayının az olmasına görə bir kişinin birdən çox qadınla yaşaması adi hala çevrilib”.

“Homoseksuallara xəstə kimi baxırlar”

“Homoseksuallıq Ermənistanda problemli sahədir. Hətta iş o yerə çatıb ki, hərbi xidmətə yollanan gənc homoseksual olduğunu deyən kimi ona “xəstə” damğası vurulur və müalicə üçün zorla xəstəxanalara aparılır. Bunun dəfəlƏrlə şahidi olmuşuq”.

“Türk torpaqlarına iddialıyıq”

Erməni professoru Ruben Melkonyan bildirdi ki, “soyqırım”ın tanınmasından sonra Türkiyədən təzminat və geridə buraxdıqları evləri tələb edəcəklər. Melkonyan fikirlərinə bu cür davam etdi:

“Türkiyədə yaşayan ermənilər nəyə görə yazıq vəziyyətindədirlər, niyə onların sayı 50 minə düşüb? Məsələn, mən Muş şəhərindənəm, amma nəyə görə Muşda yaşamıram? Muşdakı evimizi görmək üçün sizin Şərqi Anadolu adlandırıdığınız, əslində isə Qərbi Ermənistan adlanan əraziyə grtdim getdim. Mənə dedilər ki, “nəyə gəlmisiniz, qızıl axtarırsınız?”. Bizi görən kimi babalarımızın qızılları onların yadına düşür”.

“Bir türklə əsla evlənmərəm”

“Bir türkə aşiq olarsınızmı?” sualına Anahit Vəziryan adlı bir tələbə belə cavab verir: Biz Van şəhərindənik. Hazırda Van şəhərində yaşayan nə bir türk, nə də kürtlə əsla evlənmərəm. Türkiyə “soyqırım”ı tanısa datorpaq problemimiz var. Nə vaxtsa sərhədlər düzgün müəyyənləşəcək”.