Sizin reklam Burada
İdman

Çempionlar Liqasında 1/4 final həyəcanı

1st Image

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.      

SİYASİ.İNFO xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

İngiltərədə "Mançester Siti" klubu Fransanın PSJ klubunu qəbul edəcək. İlk görüş 2:2 hesabı ilə bitdiyi üçün növbəti mərhələyə kimin keçəcəyinə bu gecə aydınlıq gələcək.

Madrid "Real"ı isə doğma meydanda Almaniyanın "Volfsburq" klubunu qəbul edəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "kral klubu" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək.