Sizin reklam Burada
Maraqlı

Ərdoğan Rza Zərrab haqda: `Mənə maraqlı deyil`

1st Image

“Bu məsələ bizim ölkəni maraqlandırmır. Mövzunun əsas mahiyyətini bilmədən mövcud durumu dəyərləndirmək istəmirəm”.    

 

Siyasi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı ona ünvanlanan sualı cavablandırarkən deyib. Ərdoğan fikrini belə davam etdirib:

“Çirkli pulların başında duranlar Pensilvaniyada yaşayır. Söhbət 100 milyon dollarlardan gedir. Çirkli pullarla əlaqəli olan şəxslərin bir çoxu həbs edilməyib. Onlar üçün nəsə etdilər? Öncə bunun üçün nəsə etsinlər. Bir deyil, iki deyil, yüzlərlə insandır.

Rza Zərrabla bağlı məsələyə gəlincə, by məsələnin ölkəmizlə heç bir əlaqəsi yoxdur”.