Sizin reklam Burada
İşgüzar

İranın neft sənayesinə 40 milyard dollar lazımdır

1st Image

2017-ci ilin martına kimi İranın neft sənayesinin 40 milyard dollar investisiyaya ehtiyacı var. 

Siyasi.info xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.

Nazir deyib ki, martın 20-dən başlayan yeni maliyyə ilində sərmayələr şəxsi şirkət və xarici investorlardan gəlməlidir.

Daha əvvəl B.N.Zəngənə bildirib ki, İran "qara qızıl" hasilatını yalnız gündə 4 milyon barelə çatdırandan sonra digər ölkələrlə neftin dondurulması ilə bağlı əməkdaşlığa başlaya bilər.

OPEK-in məlumatına əsasən, hazırda İran gündə 3,1 milyon barel neft istehsal edir.