Sizin reklam Burada
İdman

Arda Turan cəzalandırıldı

1st Image

İspaniyanın “Barselona” klubu türkiyəli yarımmüdafiəçisi Arda Turanı cəzalandırıb. Siyasi.infonun məlumatına görə, buna səbəb futbolçunun klubun məşqlərinə gec gəlməsi olub.



“Barselona”da qaydalara görə futbolçular məşqdən bir saat, oyunlardan isə saat yarım öncə stadionda olmalıdır. Gecikən futbolçulara müəyyən məbləğdə pul cəzaları kəsilir.

Cari mövsüm ən çox cəza alan futbolçuların siyahısına müdafiəçi Jerar Pike başçılıq edir. Arda Turan isə ilk “dördlük”də qərarlaşıb. Messi, İniyesta, Buskets və Maskerano isə cari mövsüm bütün məşqlərə və oyunlara vaxtında gəlməklə heç bir cəzaya məruz qalmayıblar.

Qeyd edək ki, futbolçuların cəza olaraq ödədiyi pullar xeyriyyə işlərinə sərf edilir.