Belçika-Portuqaliya oyunu təxirə salındı

Belçika və Portuqaliya milli komandaları arasında yoxlama oyunu təxirə salınıb.
Siyasi.infonun məlumatına görə, bu barədə Belçika Futbol Federasiyası rəsmi saytında məlumat yerləşdirib.
Yoldaşlıq görüşünün martın 29-da keçirilməsi nəzərdə tutulurdu. Ötən gün Brüsseldə baş verən terror aktları səbəbindən oyunun başqa vaxta keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təhlükəsizlik səbəbindən hüquq-mühafizə orqanları Belçika Futbol Federasiyasından qarşıdakı oyunu keçirməməyi xahiş etmişdi.